Səudiyyənin qadın şahzadəsi parisli rəssamı cəzalandırdı - AYAQLARINI ÖPDÜRDÜ

Səudiyyə Ərəbistanının qadın şahzadəsi Parisdə rəssam-dekorçunu cəzalandırıb. APA TV-nin "Daily Mail"ə və Rusiya saytlarına istinadən xəbərinə görə, hadisə Fransa paytaxtının Foş küçəsində şahzadənin evində baş verib.

Mənzildə dizayn işləri aparan, müxtəlif dekorasiyalar hazırlayan rəssam işlərinin nəticəsini fotoaparatının yaddaşına köçürmək istəyib. Bunu görən şahzadə cangüdənlərinə rəssamı yaxalamağı, əlindən fotoaparatının alınmasını əmr edib. Səudiyyənin mərhum kralı Xalid ibn Əbdül-Əziz əl-Səudun qızı rəssamın evin fotolarını mediaya ötürmək istədiyini iddia edib.

Rəssamın əl-qolunu bağlatdırdıqdan sonra şahzadə onu cəzalandırmaq qərarına gəlib və onu 4 saat müddətində ayaqlarını öpməyə məcbur edib.

Fransa mətbuatı isə şahzadənin cangüdənlərinə "bu köpəyi öldürməliydiniz, onun yaşamağa haqqı yoxdur", - deyə qəzəbləndiyini yazır.

Baş verənlərdən sonra rəssam polisə şikayət edib. O, başından zərbələr aldığını deyir və 20 min avro məbləğində təzminat edir.


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR