FETÖ-ya görə saxlanılan general yenidən vəzifəyə gətirildi
FETÖ terror təşkilatına üzv olmaqda günahlandırılaraq saxlanılan general vəzifəsinə bərpa olunub.
APA TV-nin məlumatına görə, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ədliyyə müşaviri general Hayrettin Kaldırımcı və sabiq müşavir Muharrem Köse FETÖ təhqiqatı çərçivəsində həbs olunmuşdu.
Boşalan vəzifəyə gətirilən general Dinçer Ural bir müddət sonra Ankarada saxlanılmışdı. General həyat yoldaşının FETÖ-ya yaxınlığı ilə bilinən "Bank Asya"da hesab açdırmasına, qaynının təşkilata üzv olmasına baxmayaraq, bir gün sonra sərbəst buraxılmışdı.
Milli müdafiə naziri Fikri İşıq onu vəzifəsinə bərpa olunmasının çətin olacağını qeyd etmişdi.
"Oda TV"nin xəbərinə görə, general Dinçer Ural yenidən Baş Qərargah rəisinin ədliyyə müşaviri vəzifəsinə bərpa olunub.
Qeyd edək ki, Dinçer Uralın saxlanılmasından sonra onun FETÖ-çu olmaması barədə generala ciddi dəstək göstərilmişdi.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı