Qazaxda avtomobil teplovozla toqquşdu
Qazaxda avtomobil teplovozla toqquşub, xəsarət alanlar var.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Çaylı kəndinə gedən yolda qeydə alınıb.
Hərəkətdə olan "VAZ-21099" markalı avtomobil dəmir yolu keçidini gözləmədən keçərkən hərəkətdə olan teplovozla toqquşub.
Qəza zamanı avtomobildə olan iki nəfər - Qazax rayonunun Birinci Şıxlı kənd sakini, 1984-cü il təvəllüdlü Babək Yusifov və rayonun Çaylı kənd sakini, 1990-cı il təvəllüdlü Eltay Məsməliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax rayon Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib. B.Yusifovun vəziyyəti normal, E.Məsməliyevin isə vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
381
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
454
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
724
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
568
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
671
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
454