Kerri: "Qarabağ münaqişəsinin həlli hazırda mümkünsüzdür"

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri  deyib.

 

“Müasir dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, - deyə Kerri qeyd edib.  

 

“Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil”, - deyə ABŞ-ın dövlət katibi vurğulayıb. Onun sözlərinə görə, “bu cür münaqişələr mürəkkəbdir, lakin insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür. Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, - deyə Kerri əlavə edib.      

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR