Manat möhkəmləndi - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dollar sentyabr ayının 29-u ilə müqayisədə manat qarşısında dəyər itirərək 1,6211 manat olub.

 

Avro da ucuzlaşıb. Avrozonanın vahid valyutası hazırda 1,8187 manat dəyərindədir.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1026 manatdır. Beləliklə, funt sterlinqin kursunda da ucuzlaşma qeydə alınıb.


Rusiya rublu və Türkiyə lirəsi də zəifləyib. 1000 Rublun məzənnəsi  25 manat 70 qəpik, 100 türk lirəsi isə 53 manat 98 qəpik səviyyəsindədir.


Gürcüstan larisi əksinə, bahalaşıb. 100 lari hazırda 69 manat 35 qəpikdir.

 

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR