Türkiyə liderliyi ələ keçirdi: rus turistlər bu ölkəyə axın edir

Rusiyada turizm agentliklərinin satdığı paketlərin 41 faizi Türkiyənin payına düşür. İki ölkə arasında çarter reysləri bərpa olunduqdan sonra Türkiyə rus turistlər arasında populyarlıq səviyyəsinə görə yenidən liderliyi ələ alıb. Rusların səfər etməyə hazırlaşdığı ölkələr sırasında ikinci yeri Tunis, üçüncü yeri Yunanıstan tutur. Turizm şirkətləri payız mövsümündə Türkiyə istiqamətində satılan paketlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artdığını bildirir. Hazırda Moskva və Sankt-Peterburqla yanaşı Rusiyanın 9 şəhərindən Türkiyəyə çarter reysləri həyata keçirilir.

 

İlkin hesablamalara görə, təkcə sentyabr-oktyabr aylarında Rusiyadan Türkiyəyə 150 min rus turist səfər edəcək. Bronların sayına görə isə, noyabrda Türkiyəyə səfər edənlərin sayı daha çox olacaq. Türkiyənin rusiyalı turistlər arasında populyarlıq qazanmasının səbəbi təkcə ikitərəfli əlaqələrin normallaşması ilə əlaqədar deyil. Burada Misirin turist qəbulundan imtina etməsi də mühüm rol oynayıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR