İraq və Suriyada İŞİD-in 18 lideri məhv edildi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada son 30 gün ərzində endirdiyi aviazərbələr nəticəsində  İŞİD terror qruplaşmasının 18 lideri məhv edilib.

APA TV -nın  “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun İraq və Suriyadakı komandanlığının nümayəndəsi bildirib.  

 

Məlumata görə, zərbələrin hədəfləri arasında dəstə komandirləri, əcnəbi muzdlular və  əlaqələndiricilər olub.   

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR