Marketdə E -manat terminalı sındırıldı, kassadakı pullar oğurlandı

Abşeron rayon Polis İdarəsinə müraciət edən vətəndaş Fikrət İsmayılov Masazır qəsəbəsində ona məxsus olan magazadan oğurluq olunması barədə məlumat verib. APA TV -nin məlumatına görə, hadisə yerinə baxış keçirən polis əməkdaşları oradan kassada olan təqribən 690 manat  pulun və magazada E- manat ödəmə aparatının sındırılaraq içərisində olan nəğd pulun oğurlandığını müəyyən ediblər. Rayon polis idarəsinin cinayət axtarış şöbəsinin keçirdiyi əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən  Əflatun Bayramov saxlanılıb. İstintaq zamanı dindirlən Bayramov əməlini səmimi etiraf edib.

 

Əflatun Bayramovun sözlərinə görə o, sözü gedən magazanın yaxınlığında usta işləyib. Əflatun Bayramov hadisəni gecə vaxtı törətdiyini deyib. Əvvəllərdə məhkumluq həyatı yaşayan Əflatun Bayramov asan yolla əldə etdiyi pulları öz istirahəti üçün xərclədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR