Mingəçevirdə "Kamaz" piyadanı vurub öldürdü

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Mingəçevir şəhərinin Rəsulzadə küçəsində, Kür çayı üzərindəki körpünün yanında qeydə alınıb. Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Mahmudov Eşqin Yusif oğlu idarə etdiyi 20-CO-973 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsi,  20 saylı mənzildə yaşayan 1953-cü il təvəllüdlü Rıbkin Vladimir Andreyeviçi vurub. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR