Masallıdakı regional “ASAN Xidmət” mərkəzi tam fəaliyyətə başladı

Masallıda regional “ASAN Xidmət” Mərkəzi tam fəaliyyətə başlayıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, mərkəzdə sakinlər "ASAN Xidmət" Mərkəzi, park, kinoklub, Heydər Əliyev adına İncəsənət Məktəbi və "ASAN" İntellektual İnkişaf Mərkəzinin imkanlarından da yararlana biləcəklər.

 

Vətəndaşlar həmçinin "ASAN Xidmət" Mərkəzinə gəlmədən ətraflı məlumatı 108 çağrı mərkəzindən əldə edə bilərlər. Stasionar telefonlardan edilən zənglər isə pulsuzdur.

 

Masallı “ASAN Xidmət” mərkəzində 10 dövlət qurumu tərəfindən 32 növ xidmət göstərilir. Burada 120 əməkdaş, 80 könüllü çalışır.

 

Yaxın vaxtlarda "ASAN Xidmət" Mərkəzinin tərkibində “ABAD” Mərkəzi də fəaliyyət göstərəcək. Mərkəzdə cənub regionunda ailə təsərrüfatlarının qurulmasında məsləhət, əlaqələndirmə və prosesə nəzarət funksiyası həyata keçiriləcək.

 

Mərkəzin fəaliyyətindən yararlanan vətəndaşlar onlara göstərilən xidmətdən razılıqlarını bildiriblər.

 

Qeyd edək ki, "ASAN Xidmət" Mərkəzinin Masallı regional mərkəzinin fəaliyyətindən Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik və Cəlilabad rayonlarının sakinləri istifadə edə  biləcəklər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR