Prezident İlham Əliyev ISESCO-nun baş direktoru ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 29-da ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.
APA TV-nin xəbərinə görə, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətinə toxunan prezident İlham Əliyev Forumun dünyada gedən proseslərə münasibət bildirmək üçün yaxşı platforma olduğunu deyib.
Dövlət başçısı qeyd edib ki, V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyi zəngindir və burada müzakirə edilən məsələlər əhəmiyyətlidir.
Bu mötəbər tədbirin artıq beşinci dəfədir keçirildiyini deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun çox uğurlu olduğunu deyib. Bildirib ki, indiyədək keçirilən forumlarda qəbul edilən qərarlar bütün dünyada böyük nəticələrin əldə olunmasına şərait yaradır.
Görüşdə Azərbaycan, o cümlədən Heydər Əliyev Fondu ilə ISESCO arasında çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, bu əməkdaşlığın beynəlxalq səviyyədə önəmi qeyd edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı