İqdır-Naxçıvan yolu BAĞLANDI
İğdır-Naxçıvan magistral yolu müvəqqəti bağlanıb. Buna səbəb Türkiyənin Azərbaycanlıların sıx yaşadığı İğdır vilayətinin Qaraqoyunlu rayonunda “Hürgaz” qaz doldurma məntəqəsində baş verən partlayışdır. Yol təhlükəsizlik tədbirləri çərçivəsində bağlanıb.
APA TV-nin xəbərinə görə, səbəbi hələ bilinməyən partlayış oktyabrın 26-da gece saatlarında olub. Məlumata görə, hadisə nəticəsində 6 uşaq atası olan, 45 yaşındakı Ədalət Öztürk adlı şəxs ağır yaralanıb. Partlayışdan dərhal sonra ətraf qəsəbələrin bələdiyyələrinin yanğınsöndürənləri və çoxlu sayda təcili-tibbi yardım maşını hadisə yerinə cəlb olunub. Yanğınsondürənlərin müdaxiləsi nəticəsində yanğını söndürmək mümkün olub. Polis dərhal təhlükəsizlik tədbirləri həyata keçirib.
Yanğında xəsarət alan Ədalət Öztürk İğdır Dövlət Xəstəxanasında edilən ilk müdaxilənin ardından təcili yardım ilə Van Təhsil və Araşdırma Xəstəxanasına Çatdırılıb. Hadisə ilə bağlı istintaq başladılıb. Yanğının baş vermə səbəbləri səbəbi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI