Ağdaşda müəllim 10 yaşlı şagirdi maşınla vurdu

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş şəhərində qeydə alınıb.

 

Ağdaş Dövlət Humanitar Kollecinin tarix müəllimi Rəcəb Vəliyev öz minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2006-cı il təvəllüdlü Həsənov Mehdi Bəhruz oğlunu vurub.

 

Orta məktəbin 5-ci sinif şagirdi Mehdi Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində uşağın həyatı xilas edilib. Hazırda məktəbli uşaq travmatologiya şöbəsində müalicə olunur.

 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR