Toyda olan şəxsin evi qarət edildi - OĞRULAR QAÇDI

Cəlilabadda evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Seyidbazar kənd sakini Namiq İsmayılova məxsus fərdi evdə baş verib.


Axşam saatlarında ailə üzvlərinin toyda olmasından istifadə edən naməlum şəxs və ya şəxslər evin pəncərəsini sındırmaqla içəri daxil olub və mənzildən 5500 manat pul və qızıl-zinət əşyalarını oğurlayıblar.

 

Zərərçəkənin  sözlərinə görə, həyətdəki ayaq izlərindən oğruların iki nəfər olduğu ehtimal edilir.
 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gələrək istintaq hərəkətləri üçün zəruri olan barmaq izlərini götürüblər.
 

Hazırda cinayəti törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri  davam etdirilir.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR