Oleq Kuznetsov: "Ermənilər məni ölümlə hədələyir"

"Dağlıq Qarabağ məsələsində tutduğum mövqe səbəbindən 2013-cü ildən etibarən mənə mütəmadi olaraq təzyiqlər edilir". APA TV-nin məlumatına görə, bu fikirləri siyasi analitik, "Yaxın Şərq-Qafqaz" Araşdırmalar Mərkəzinin rəhbəri Oleq Kuznetsov səsləndirib.

 

"2013-cü ildən Rusiyadakı ermənipərəst mətbuat orqanları tərəfindən mənə mütəmadi təzyiqlər edilir. Bu təzyiqlərin də əsas səbəbi  müəllifi olduğum "Transmilli erməni terrorizminin tarixi" adlı monoqrafiyadır. Qarabağ məsələsində tutduğum mövqe ilə bağlı ötən il Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmə qarşı Mübarizə İdarəsində haqqımda altı ay ərzində prosessual araşdırmalar da aparılıb" - deyə o qeyd edib.

 

Analitik sözügedən monoqrafiyanın bu il yenidən nəşr olunduğunu xatırladaraq, bundan sonra ona qarşı edilən təzyiq erməni mətbuatına sıçradığını bildirib: "Erməni xalqının çılğınlığı, tutduğu mövqe hamıya bəllidir. Mənim özüm də mövqeyimdən dönən deyiləm. Onlar tərəfindən çox hallarda hətta həyat və sağlamlığıma qarşı yönələn və mütəmadi hal alan təhdidlərə gəlincə, bütün bunlara artıq öyrəşmişəm. Demək olar ki, hər həftə elektron poçtuma təhdid dolu xeyli sayda məktublar gəlir. Bu məktubların hamısında məni öldürməklə hədələyirlər. Aparılan təhqiqat nəticəsində hədələrlə dolu məktubların göndərildiyi bütün elektron poçt ünvanlarının Ermənistan ərazisindən idarə olunduğu müəyyən edilib ".

 

O.Kuznetsov Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə də toxunub: "Mən belə hesab edirəm ki, ATƏT-in Minsk qrupu da daxil olmaqla, hazırda Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan bütün institutlar öz potensialını tamamilə itiriblər. Bu münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün ilk növbədə yeni və daha təkmil formullar düşünülməlidir. Yalnız bundan sonra münaqişənin həlli prosesində irəliləyiş əldə oluna bilər".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR