Mixail Qusman: "Bakı forumundan böyük gözləntilər var"
"Humanitar forumların keçirilməsi baxışları fərqli olan müxtəlif ölkələrdən olan insanlara, konfessiya nümayəndələrinə bir-birini eşitmək və başa düşmək imkanı verir".
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak edən "İTAR-TASS" Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.
"Bakıda keçirilən II Beynəlxalq Humanitar Forum bu gün humanitar sahədə ön plana çıxan çox mühüm, aktual məsələlərin müzakirəsi üçün getdikcə daha nüfuzlu meydançaya çevriləcək. Dünyada bir çox forumlar mövcuddur. Bu forumlarda iqtisadiyyat və energetika məsələləri, siyasi problemlər müzakirə olunur. Lakin humanitar məsələlərin, müasir dünyanın fəlsəfi baxımdan dərk edilməsi və mürəkkəb 21-ci əsrin başlanğıcında meydana çıxan problemlərin müzakirəsi üçün dünyada belə meydança olmayıb" - deyə o qeyd edib.
Qusmanın fikrincə, Bakıya foruma gələnlərin çox böyük gözləntiləri var: "Bəşəriyyət bir çox humanitar sualların cavabını gözləyir və əgər Bakıdakı görüşdə heç olmasa bu sualların bir hissəsinə cavab verilsə, forumun öz vəzifəsini yerinə yetirdiyini hesab etmək olar".
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı