Rusiya baş nazirinin müavini: "Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir”

“Azərbaycan və Rusiya prezidentlərinə təşəkkür edirəm. Azərbaycan və Rusiya arasında 90-dan artıq sənəd imzalanıb. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlərin yüksək səviyyədə olmasında şəxsi əlaqələr də böyük rol oynayır”.

 

APA TV-nin məlumatına görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Rusiya baş nazirinin müavini Olqa Qolodets deyib.

 

O bildirib ki, Azərbaycan və Rusiya rəsmiləri arasında şəxsi əlaqələr yüksək səviyyədədir: “Biz bu münasibətləri gənc nəslə ötürməliyik. Xalqlarımız arasında qarşılıqlı anlaşma üçün bu, vacibdir. Dünyada insanların, xalqların mehriban yaşaması, elm və mədəniyyətin inkişafı üçün belə müzakirələr vacibdir. Mən Azərbaycana çiçəklənmə arzulayıram”.

 

“Bu gün Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir", - deyən  Olqa Qolodets bildirib ki, bunu nəinki ölkə prezidentləri arasındakı əlaqələr, həmçinin 90-dan çox parlamentlərarası razılaşmaların imzalanması sübut edir: "Bu sənədlər mədəniyyət, təhsil və səhiyyə sahələrinə  aiddir. Azərbaycan tarixi və coğrafi nöqteyi-nəzərdən  regionun ən əhəmiyyətli ölkələrindən biridir. Bu ölkənin dinamik inkişafı böyük hörmət və sevincə layiqdir".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR