Maliyyə Nazirliyi FES-in dolların uçot dərəcəsini artırma ehtimalını yüksək hesab edir

“Dünya maliyyə bazarlarında artmış turbulensiya və riskdən qaçma meylləri əhəmiyyətli makroiqtisadi təsirlərə səbəb ola bilər. Qlobal maliyyə böhranından miras qalmış problemli bank aktivlərinin "Brexit"in təsiri altında maliyyə axınlarını daha çox ABŞ-ın maliyyə bazarlarına "qaçırtması", sonuncuda isə iqtisadi artımın bərpası gözləntiləri Federal Ehtiyatlar Sisteminin pul siyasəti dərəcəsini 2016-cı ilin sonuna kimi artırması ehtimallarını gücləndirir”. Maliyyə Nazirliyindən “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

 

Sənəddə deyilir ki, belə olan halda inkişaf etməkdə olan iqtisadiyyatların suveren borc faizləri daha da arta bilər: "Bunu nəzərə alaraq, xüsusilə də Azərbaycan kimi resurs ixracatçısı olan və əhəmiyyətli fiskal korreksiya dövrünü yaşayan inkişaf etməkdə olan ölkələrdə maliyyə sabitliyinin qorunması ən önəmli məqsədlərdən birinə çevrilməkdədir".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR