Gəncədə şirkətdən içində 60 min manat pul olan seyf oğurlandı

Gəncədə şirkətlərin birindən içi pulla dolu seyf oğurlanıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində yerləşən, şirkətlərdən birinin Gəncə nümayəndəliyində qeydə alınıb.

 

Maskalı şəxslər qurumun gözətçisini döyərək, oradan içində pul olan seyfi aparıblar. Seyfdə 60 min manata yaxın pul olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR