Səhiyyə Nazirliyi: Azərbaycanda 15 yaşdan yuxarı olanların 36%-i siqaret çəkir

Bu gün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda tütnlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi üzrə texniki məsləhətçi qrupun (TMQ) I iclası keçirilib.

 

APA-nın xəbərinə görə, iclas tütünlə mübarizəyə dair tədbirlər planı müzakirə edilib.

 

Mərkəzin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirib ki, hər il dünyada tütünçəkmə nəticəsində 6 milyon insan dünyasını dəyişir. T.Musayev qeyd edib ki, onlardan 10%-i passiv tütün çəkənlərin payına düşür: “Dünya əhalisinin 30%-i siqaret çəkir. Siqaret çəkmə qadınlara nisbətən kişilər arasında daha çox yayılıb. Dünyada uşaqların 50%-i tütün tüstüsünə məruz qalır. İş yerlərində hər il tütün tüstüsü nəticəsində 200 min insan dünyasını dəyişir. Hesablamalara görə, 2030-cu ilədək tütünçəkmə 175 milyon insanın həyatına son qoyacaq”.

 

T.Musayev vurğulayıb ki, Azərbaycanda 15 yaşdan yuxarı olanların 36%-i siqaret çəkir. Ölkədə ağciyər xəstəliklərindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də əsas səbəb olaraq tütünçəkmə göstərilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR