ABŞ Dövlət Departamenti: Rusiya şəhərlərində dəhşətli terror aktları olacaq

ABŞ Dövlət Departamenti Rusiyada dəhşətli terror aktları və aviaqəzalar baş verəcəyi barədə iddialar irəli sürüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlamalarla qurumun rəsmisi, Hərbi Dəniz Xidmətinin kontr-admiralı Con Kirbi çıxış edib.


"Əgər Suriyada vətəndaş müharibəsi davam etsə, ekstremist qüvvələr hakimiyyət boşluğundan istifadə edib əməliyyatlarını genişləndirəcəklər, onlar bura paralel olaraq Rusiyaya qarşı da təxribatlar törədəcəklər. Ruslar vətənlərinə hərbçi meyitləri göndərməkdə davam edəcəklər" - deyə o bildirib.


Kirbi iddia edib ki, Rusiyanın şəhərlərinə terror hücumları olacaq, havada isə rus təyyarələrinin qəza xəbərləri çoxalacaq.


Xatırladaq ki, hazırda Suriyanın böyük şəhərlərindən biri olan Hələbdə Əsəd qüvvələri güclü hücuma keçib və onları Rusiya dəstəkləyir. Şəhərdə ölənlərin sayı son 9 gündə 1000-i keçib. Onlara müqavimət göstərən müxalif qüvvələrin açıqlamalarında şəhərdə vəziyyətin ağır olduğu və əhalinin susuz qaldığı vurğulanır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR