İsrail Şimon Pereslə vidalaşır
İsraildə Şimon Pereslə vida mərasimi başlayıb. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, mərhumun tabutu Knessetin qarşısında qoyulub.
Onun cənazəsinin önünə ilk çələng qoyanlar prezident Reuven Rivlin və baş nazir Binyamin Netanyahu olub.
Ümumiyyətlə, vida mərasimində hər bir İsrail vətəndaşının iştirakı sərbəstdir.
Bu arada təhlükəsizlik tədbirləri də görülür, Knessetin ətrafında bütün yollar bağlanıb.
Sabah isə Şimon Peresin dəfn mərasiminə dünyanın 80 ölkəsinin liderinin İsrailə gələcəyi gözlənilir.
Şimon Peres Qüdsdə Qertsl dağındakı qəbiristanlıqda dəfn ediləcək.
Xatırladaq ki, İsrailin keçmiş dövlət başçısı, Nobel Sülh mükafatı laureatı Şimon Peres sentyabrın 28-də gecə saatlarında 93 yaşında vəfat edib.
OXŞAR XƏBƏRLƏR
16:26
428
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
502
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
735
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
570
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
673
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
457