Bakıda yenidən leysan, bölgələrdə qar yağacaq

Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu yarımadada gecə  13-15, gündüz  18-21 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 13-15, gündüz  18-20 dərəcə isti olacağı gözlənilir.

 

Sentyabrın 30-dan oktyabrın 1-i gündüzədək Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

 

Mülayim şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23 dərəcə, dağlarda gecə 3-6,  gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR