Konqres Obamanın vetosunu ləğv etdi, Səudiyyə təzminata məhkum edilə bilər
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamanın təqdim etdiyi Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı iddia qaldırılmasına icazə verən qanuna tətbiq etdiyi vetonu ləğv edib.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, qanun layihənin lehinə 348, əleyhinə isə cəmi 76 konqresmen səs verib. Hətta bu məsələdə partiyadaşlarının əksər hissəsi də prezidentə müxalif davranıb.
Bu, səkkiz illik prezidentlik dövründə konqresin B. Obamanın qərarına qarşı çıxdığı ilk analoji haldır.
Sözü gedən qanun layihəsi 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilmiş məlum terror hadisələrinə görə Səudiyyə Ərəbistanına qarşı məhkəmə iddiasının qaldırılmasını nəzərdə tutur. Buna səbəb kimi Usama bin Ladenin terror fəaliyyəti barəsində faktların Səudiyyə hökumətinə məlum olması göstərilir.
Öz növbəsində rəsmi Ər-Riyad bütün bu ittihamları rədd edərək, qanunun qəbul ediləcəyi halda rəsmi Vaşinqtonu ölkədə mövcud olan amerikan aktivlərinin satılacağı ilə təhdid edir.
Ağ Evin də bu məsələdə ehtiyatlandığı nüanslar var. Belə ki, rəsmi Vaşinqton Səudiyyə Ərəbistanına qarşı iddiaların bu ölkədə dislokasiya olunan ABŞ hərbçilərinin həyatını təhlükə qarşısında qoyacağından ehtiyat edir.
Bu arada, bir qədər əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Con Brennan bu qanunun ölkə hüdudlarından kənarda işləyən ABŞ vətəndaşlarının təhlükəsizliyinə mənfi təsir göstərəcəyini bəyan edib.
Qeyd edək ki, daha əvvəl ABŞ vətəndaşlarının Səudiyyə Ərəbistanına qarşı qaldırdığı iddiaların ABŞ-da yaşayanların da qarşılıqlı iddiası ilə nəticələnəcəyi barəsində iddialar səslənib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı