OPEK üzvləri razılığa gəldi, neft rekord səviyyədə bahalaşdı
OPEK-in toplantısı başa çatdıqdan sonra birjalarda neftin qiyməti rekord səviyyədə bahalaşıb. APA TV-nin məlumatına görə, birjaların gecə seanslarında “Brent” markalı neftin qiyməti 49,61 dollar olub ki, bu da qiymətlərin təxminən 8 faiz bahalaşması deməkdir.
Qərbi Texas nefti də son ayın rekordunu yeniləyib. Əlcəzairdən gələn xəbərlərdən sonra birjalarda WTİ neftinin qiyməti 47,39 dollara kimi yüksəlib. Səhər seanslarında hər iki markadan olan neft 40-60 sent ucuzlaşsa da, treyderlər bahalaşma tendensiyasının bir müddət davam edəcəyini bildirirlər.
Xatırladaq ki, OPEK toplantısında kartelə üzv ölkələr neft hasilatının həcmini azaltmaq barədə prinsipial razılığa gəliblər. Ehtimallara görə, razılaşma əsasında Səudiyyə Ərəbistanı gündəlik hasilatı 350 min barel azaldacaq. Digər ölkələrin hasilatı hansı həcmədək endirəcəyi barədə OPEK-in Vyana toplantısında qərar veriləcək, bununla belə razılaşma faktının özü qiymətlərə pozitiv təsir göstərib. Treyderlər paralel olaraq ABŞ-ın neft və benzin ehtiyatlarına dair hesabatları izləyirlər. Hələlik ABŞ-da benzin ehtiyatlarının həcmində artım müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı