Dolların kursu dəyişmədi, lari və lirə ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının kursu dəyişməyib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,6252 manatdır.
Avro isə manata nisbətən bahalaşıb. Avronun kursu 1,8250 manat olaraq müəyyənləşib. Uzun fasilədən sonra Rusiya rublu manat qarşısında dəyər qazanıb.
Açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 80 qəpikdir. Türkiyə lirəsi və Gürcüstan larisi isə manat qarşısında dəyər itirib. Hazırda 100 lirə 54 manat 51 qəpik, 100 lari isə 69 manat 30 qəpikdir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Valyutaların yeni kursları sabah açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR
16:26
448
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
516
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
749
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
576
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
676
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
460