Qubada 3 maşın toqquşub, xəsarət alanlar var

Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Xaçmaz rayon sakini Ayaz Xankişiyevin idarə etdiyi VAZ-21099 markalı avtomobil Bakı şəhər sakini Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Bunun ardınca minik avtomobili Quba sakini Kamal Həsənovun idarə etdiyi "Volkswagen" markalı avtomobillə də toqquşub. Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü Ayaz Xankişiyev və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR