Bakıya güclü yağış yağdı: yollar bağlandı, böyük tıxaclar yarandı
Sentyabrın 28-də axşam saatlarında Bakıya güclü yağış yağıb. APA TV-nin məlumatına görə, yağış nəticəsində paytaxtın bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Yağış iş saatının sonunda gücləndiyindən yollarda uzun tıxaclar yaranıb, bəzi maşınlar suda batıb. Xüsusilə Ziya Bünyadov prospektində yolun hərəkət hissəsini su basdığından, prospektdə hərəkət bir neçə saat tam dayanıb.
Bakı Beynəlxalq Avtovağzalının yeraltı dayanacağını da su basıb.
Yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Maşınlarda köməksiz qalan insanlar xilas edilib, küçə və prospektlərdən su çəkilib.
Gecə saatlarında Bakının bütün küçə və prospektlərində nəqliyyatın hərəkəti bərpa olunub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı