Bakının su basan ərazilərində 17 nəfər xilas edilib
FHN qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb. APA TV-nin məlumatına görə, sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib.
Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
448
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
516
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
749
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
576
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
676
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
460