Gəncədə Türk Şurasının Gənclər festivalı keçirilir
Gəncədə Türk Şurasının Gənclər festival keçirilir. APA TV-nin qərb bürosunun məlumatına görə, bu gün “Tükdilli dövlətlərdə gənclər siyasətinin inkişafı və gənclərin problemləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Çıxış edənlər ölkələrində gənclər siyasəti barədə danışaraq dövlətin bu sahəyə göstəridyi diqqət və qayğıdan bəhs ediblər.
Festivalın keçirilməsində məqsəd türkdilli dövlətlərin gəncləri arasında mübadilənin aparılması və əməkdaşlıq platformasının yaradılmasıdır. Festival həmçinin Gəncə şəhərinin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən tədbirlərdən biridir. Festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, qonaq qismində isə Qətərin nümayəndə heyəti iştirak edir. Festival çərçivəsində gənclər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq, qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Bundan başqa, yaradıcı gənclərin iştirakı ilə konsert proqramı, gənc fotoqrafların sərgisi və milli mətbəx gecəsi keçiriləcək.
2016-cı il ilin 4 mart tarixində Türk Şurasının İstanbulda keçirilmiş gənclər və idman nazirlərinin birinci toplantısının yekun protokoluna Azərbaycanda gənclər festivalının keçirilməsi daxil edilib.
Festival sentyabrın 30-a kimi davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı