Hicablı qadın "Playboy"da - İLK DƏFƏ
ABŞ-da yaşayan jurnalist Nur Taquri ölkədə dərc olunan qalmaqallı "Playboy" jurnalı üçün fotosessiyalarda çəkilib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bununla da o, qeyri-standart məzmunlu bir jurnalda şəkilləri dərc olunan ilk hicablı müsəlman qadın kimi tarixə düşüb.
N.Taqurinin fotosessiyasından olan görüntülər internet şəbəkəsində yerləşdirilib və qısa müddətdə bu görüntüləri 30 mindən çox istifadəçi izləyib.
22 yaşlı Nur Taquri hazırda Amerikada fəaliyyət göstərən telekanallardan birində yayımlanan və özünün müəllifi olduğu proqramda aparıcılıq edir.
Məxsusi olaraq fotosessiya üçün hicabı cins şalvar, köynək və idman ayaqqabılarına dəyişən Nurun kameralar önündə özünü kifayət qədər sərbəst hiss etdiyi də nəzərlərdən qaçmayıb.
Qeyd edək ki, N.Taqurinin fotoşəkilləri jurnalın oktyabr sayında çap olunacaq.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı