Əsəd ordusu Hələbi qarış-qarış nəzarətə alır, 1000-dən çox insan öldürülüb

Hələbin şərqinə sabah saatlarında edilən hava hücumu nəticəsində şəhərdə fəaliyyət göstərən son iki xəstəxana yarasız hala düşüb.

 

APA TV-nin məlumatına görə, Əsəd rejiminə məxsus təyyarələrin bombardmanı nəticəsində yaralılar uçan binaların qalıqları altında qalıb.

Şərqi Hələbdə 300 minlik əhaliyə 6 intensiv yardım şöbəsi xidmət göstərir. Suriya ordusu və müttəfiq polislər şəhəri bütünlükdə ələ keçirmək üçün addım-addım irəliləyir.
 

Müxaliflərin nəzarətindəki bölgələrdə xidmət göstərən könüllülər son 8 gündə 1000-dən artıq insanın öldürüldüyünü bildirir. Əhali şəhərdə yaşamağın çətin olduğunu və hər an qətlə yetirilmək təhlükəsi altında olduqlarını söyləyir. Şəhərdə su və qida çatışmır. Su çatışmazlığında Suriya hökumətinin elektrik və su şəbəkələrini hədəf alan hücumları və üsyançıların təxribat hərəkətləri ittiham olunur.
 

Şəhərin Əsəd rejiminin nəzarətində olan qərbində isə yaşam şərtlərinin daha yaxşı olduğu, fasilələrlə olsa da, su verildiyi qeyd olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR