Həbsxanada uşaq doğan qadın azad olunmasını xahiş edir - BAKIDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E. Cəfərova bildirib ki, iki il öncə həbs edilərkən hamilə olub.
O, həbsxanada uşaq dünyaya gətirdiyini və uşağa baxmaq üçün barəsində olan cinayətinə xitam verilməsini istəyib. O deyib ki, qızı 1 yaş 8 aylıqdır. Vəziyyətinin nəzərə alınmasını, körpənin qayğısına qalmaq üçün həbsdən azad edilməsini xahiş edib.
Məhkəmə baxışı sentyabrın 30-na təyin edilib.
Xatırladaq ki, E. Cəfərova 2014-cü ildə oğurluqda təqsirləndirilərək 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
16:26
448
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
516
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
749
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
576
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
676
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
460