Prezident Çili Senatında Azərbaycanla dostluq qrupunun sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 28-də Çili Respublikası Senatında Azərbaycanla dostluq qrupunun sədri İvan Barros Moreyranı qəbul edib.
APA TV xəbər verir ki, dövlət başçısı Çili Respublikası Senatında Azərbaycanla dostluq qrupunun sədri İvan Barros Moreyranı Azərbaycana səfərinin uğurlu olacağına və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
V Bakı Beynəlxalq Humanitar Forumuna dünyada çox böyük marağın olduğunu deyən Prezident İlham Əliyev Çili Respublikasının Senatında Azərbaycanla dostluq qrupunu sədri İvan Barros Moreyranın Forumda iştirakının önəmini qeyd edib.
Çili Respublikasının Senatında Azərbaycanla dostluq qrupunun sədri İvan Barros Moreyra ölkəsinin xarici işlər nazirinin Azərbaycanın son illər beynəlxalq aləmdə nüfuzunun və hörmətinin artması və eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə onlara məlumat verdiyini deyib və Çilinin münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. İvan Barros Moreyra ölkəsinin xarici işlər naziri ilə həmçinin Azərbaycanın iqtisadi imkanları ilə bağlı söhbətlər apardığını da söyləyib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı