Ermənistan parlamenti qarışdı: iqtidar hədələndi, qadın deputatlar dalaşdı

Ermənistan parlamentində "İrs" partiyasından təmsil olunan deputat iqtidar əleyhinə kəskin çıxış edib.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, Zarui Postancyan yerli icra orqanlarına seçkilər ərəfəsində ölkədəki müəmmalı qətllərdən danışıb.


Konkret Gümrü şəhərinin meri vəzifəsinə namizədliyini verən müxalifətin təmsilçisi Vardevan Qriqoryanın oğlunun ölümünə toxunan deputat bunun sifarişli qətl olduğunu deyib.

"Xalq artıq hər şeyi görür və anlayır. Ermənistanda cəmiyyət sarsıntı içindədir, insanlar ədalətsizlik və qanunsuzluqla idarə olunur. Buna yalnız azğınlaşmış məmurların həyatına qəsd etməklə son qoyula bilər, siz başqa yol qoymamısınız. Hazırda xalq yüksək vəzifəli şəxslərin hamısını ölü görmək istəyir. Ermənistan əhalisinin 50 faizi acdır. Oğru məmurlar cəzalandırılmasa, bu baş verəcək", - deyə Postancyan əlavə edib.


Bundan sonra parlamentin iclasında digər bir qadın deputat - hakim Respublika partiyasının təmsilçisi Karine Poqosyanla Postancyan arasında mübahisə düşüb.


Müxalifət təmsilçisi ona keçmiş baş nazir Ovik Abramyanın qohumu olduğunu xatırladıb, dediklərinin birbaşa ona və yaxınlarına ünvanlandığını bildirib.


Daha sonra zalda mikrofonlar söndürülüb. Vitse-spiker Ermine Naqdalyan tərələri sakit olmağa dəvət edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR