Rusiya Liviyaya ordu yeridə bilər - PUTİNƏ MÜRACİƏT
Liviya silahlı qüvvələrinin baş komandanı, general Xəlifə Həftar Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, məktubunda X.Həftar Rusiyadan Liviyaya silah və hərbi texnika yardımı göstərilməsini, eyni zamanda Liviya ərazisində hərbi əməliyyatların keçirilməsini xahiş edib.
Generalın bu xahişi rəsmi Moskvaya Liviyanın Səudiyyə Ərəbistanındakı xüsusi nümayəndəsi Abdulbasid əl-Bədri tərəfindən çatdırılıb.
Xatırladaq ki, Liviyada münaqişə tərəflərinə silah təchizatı 2011-ci ildə, ölkədə Müəmmar Qəddafiyə qarşı üsyanların baş qaldırdığı zaman dayandırılıb. 2016-cı ilin iyun ayında Xəlifə Həftarın Moskvaya səfəri zamanı məhdudiyyətin aradan qaldırılması rusiyalı həmkarı Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşün müzakirə mövzusu olub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı