Saatlı sakinindən yarım kilodan çox marixuana götürüldü

Saatlıda polis tərəfindən həyata keçirilən əməliyyat zamani küllü miqdarda qurudulmuş marixuana  aşkar edilərək dövriyyədən çıxarılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının  Musalı kəndində həyata keçirdiyi əməliyyat tədbirləri zamanı narkotik vasitələrin əkilib becərilməsi ilə məşğul olan Məhiyəddin Abasqulu oğlu Həsənov saxlanılıb.

 

Onun evinə baxış keçirilən zaman oradan ümumi çəkisi 564 qram olan, 29 bükümdə yığılan qurudulmuş marixuana aşkar edilib. Məlum olub ki, Məhiyəddin həmin narkotik vasitəni bu ilin may ayında öz həyətindəki kartof bitkilərinin arasında əkib. Daha sonra ona aqrotexniki qaydada qulluq edərək böyüdüb. Həmin narkotik tərkibli bitkilərdən isə qurudulmuş marixuana əldə edib.

 

Saxlanılan şəxs əməlini etiraf edib. Əməlindən peşman olduğunu söyləyən Məhiyəddin Həsənov narkotik maddəni şəxsi istifadəsi üçün əkib becərdiyini bildirir.

 

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Qeyd edək ki, Məhiyəddin Həsənov əvvəllər də narkotik vasitə əkib becərməyə görə məhkumluq həyatı yaşayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR