Ərdoğan ona sataşan Britaniyanın türk əsilli nazirini qəbul etdi
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Türkiyədə səfərdədir. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, o, Ankarada türkiyəli həmkarı ilə Suriyadakı böhranı, Kipr məsələsini müzakirə edib.
"Brexit"dən sonra rəsmi Londonla Ankara arasında azad ticarət barədə yeni razılaşma ətrafında müzakirələr aparılıb. Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Boris Conson danışıqların yüksək səviyyədə keçdiyini qeyd edib: "Mən əldə olunan razılaşmalardan məmnunam, birgə ticari-iqtisadi komitə tezliklə fəaliyyətə başlayacaq və bu, Britaniya ilə Türkiyə arasında nəhəng əlaqələrin qurulması ilə nəticələnəcək".
Görüşdə Londonla birgə Ankara ilə də Avropa İttifaqı arasında soyuq münasibətlər barədə danışılıb.
Conson türkiyəli həmkarına adı ilə müraciət edərək, bu müzakirələrin də yüksək səviyyədə keçdiyinə işarə vurub: "Mövlud, siz düz buyurdunuz, biz ola bilər ki, Avropa İttifaqı ilə əldə olunan razılaşmalardan yayınmışıq, amma bu, bizim Avropanı tərk etdiyimiz anlamına gəlmir".
Mətbuat konfransında türk əsilli olduğunu xatırladan diplomat evindəki paltaryuyan maşınının Türkiyə istehsalı olduğunu bildirib.
Xatırladaq ki, Conson bir vaxtlar Rəcəb Tayyib Ərdoğan barədə təhqiramiz şeirlər müsabiqəsinin qalibi olub. Buna baxmayaraq o, Ankarada Türkiyə prezidenti ilə görüşüb.
Qeyd edək ki, Boris Conson Türkiyədə 15 iyulda dövlət çevrilişinə cəhdi pisləyən ilk siyasətçilərdəndir. O, Türkiyənin legitim hakimiyyətinə dəstəyini nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı