Dövlət Departamenti: ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır
ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət rəhbərinin səlahiyyətlərinin müddətinə dair məsələyə müdaxilə etmək niyyətində deyil.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.
“Biz bu demokratik prosesin hansı nəticələr verib-verməyəcəyi ilə bağlı nəyisə diqtə edə bilmərik. İstisna odur ki, pozuntular varsa - araşdırılmalı, qüsurlar varsa - tədqiq edilməli və aradan qaldırılmalıdır. Biz səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik”, - deyə Torner brifinq zamanı Azərbaycanda keçirilmiş referendumda qəbul olunan normaların demokratik olub-olmamasına dair suala cavabında bildirib.
“ABŞ demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bundan sonra da Azərbaycanla işləmək niyyətindədir”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı