Evində oğruları sevişərkən tutdu, birini süpürgə ilə qovub polisə təslim etdi

ABŞ-da tətildən dönən qadın evinə girən oğruları yaxalayır. APA TV-nin məlumatına görə, bir həftəlik istirahətdən qayıdan Jamie Barnes giriş qapısının açıq olduğunu görür.

Evə girəndə mənzilin soyğunçular tərəfindən qarət edildiyini anlayır. Növbəti otağa keçəndə isə oğruların divanın üzərində sevişdiklərini görür.

 

Jamie Barnes əlinə aldığı süpürgə sapı ilə qadın oğrunu vurmağa çalışır. O isə evdən oğruluq məqsədi ilə götürdüyü paltarı geyinib qaçmaq istəyir. Qadın oğru polis tərəfindən yaxalanır, kişi isə qaçmağı bacarır.  

 

Qadının qonşuları oğruların bundan öncə də evdən paltar çıxardığını deyib. Oğrular paltarları bir mağazada satmaq istəyirmiş. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR