Ukraynada azərbaycanlı tələbə öldürüldü - QATİL İRANLIDIR
Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib. APA TV-nın məlumatına görə, hadisə sentyabrın 27-də Kiyev şəhərində qeydə alınıb.
Zaqatala rayon sakini, 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Mərhumun meyiti bu günlərdə Azərbaycana gətiriləcək.
Qeyd edək ki, M.Səfərəliyev Ukraynada ali təhsil alırmış.
Krım Azərbaycanlıları Gənclər Təşkilatının rəhbəri Firudin Orucov APA-ya bildirib ki, artıq hadisəni törətməkdə şübhəli bilinən şəxsi Simferopol polisi yaxalayıb. Saxlanılan şəxs Krım Federal Universitetinin Fəlsəfə fakültəsinin I kurs tələbəsi, İran İslam Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məhəmməd Şahdır. M.Səfərəliyev isə həmin universitetin Hüquq fakültəsinin magistratura pilləsində təhsil alıb, Məhəmməd Şah ilə eyni yataqxanada qalıb: “Təxminən bir ay əvvəl iranlı tələbənin otağında onlar arasında mübahisə yaranıb, gənclər əlbəyaxa olublar. İstintaqın versiyasına görə, buna səbəb iranlı tələbənin azərbaycanlı tələbənin yataqxanadakı otağını zəbt etməsidir. Növbəti dəfə də eyni səbəbdən onlar arasında mübahisə yaranıb və iranlı tələbə Məhəmmədə arxadan bıçaqla bir neçə zərbə endirib. Ağır xəsarət alan həmyerlimiz ölüb”.
Hazırda Krım Federal Tədqiqat Xidmətinin Simferopol Şöbəsi və Daxili İşlər Nazirliyinin Şəhər Şöbəsi birgə istintaq qrupu yaradıb. Hadisə ilə bağlı etnik zəmində hər hansı insidentin baş verməməsi üçün tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı