OPEK üzvləri razılığa gələ bilmədi, neft 3 faiz ucuzlaşdı

Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin bir barelinin maksimum qiyməti 47,84 dollar olub. OPEK toplantısından gələn xəbərlərdən sonra neft sürətlə ucuzlaşmağa başlayıb və gün ərzində təxminən 1 dollar dəyər itirib. Hazırda birjalarda "Brent" nefti 46,73 dollardan təklif olunur. Qərbi Texas nefti də xeyli ucuzlaşıb. Hərraclarda WTİ nefti 44,77 dollardan təklif olunur ki, bu da sutkalıq maksimumdan 1,14 dollar ucuzdur.

 

Neftin təxminən 3 faiz ucuzlaşmasına İranın neft nazirinin hasilatı azaltmayacaqları barədə bəyanatı səbəb olub. Səudiyyə Ərəbistanının energetika naziri bildirib ki, OPEk toplantısında kompomisə nail olunmayıb, İran Liviya və Nigeriya gözləntilərin əksinə olaraq hasilatı daha da artırmaq niyyətindədir. Bununla belə OPEK üzvləri kartelin noyabrda Vyanada keçiriləcək toplantısında hasilatı dondurmaq barədə qərar qəbul olunacağına ümid bəsləyirlər. Qərarın qəbul olunacağı ehtimalını artıran amil İranda neft hasilatının noyabradək gündəlik 4 milyon barelə çatacağıdır. Hazırda İran gündəlik 3,7 milyon barel neft hasil edir. Rəsmi Tehran bəyan edib ki, hasilatı sanksiyalardan əvvəlki həcmə çatdırmayana kimi, OPEK-in qiymətlərə dəstək təşəbbüslərinə qoşulmayacaq. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR