Şimon Peres vəfat etdi
İsrailin sabiq prezidenti Şimon Peres iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında vəfat edib.
Bu barədə İsrail televiziyası məlumat yayıb. Şimon Peresin yaxınlarının səhər saatlarında onun ölümü ilə bağlı rəsmi məlumat yayacağı bildirilir.
Xatırladaq ki, İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 13-ü axşam saatlarında kəskin beyin qansızmazı ilə nəticələnən insult keçirib. Xəstəxanaya yerləşdirilən İsrailin doqquzuncu prezidenti medikamentoz yuxuya verilib, ağ ciyərləri havalanma aparatına qoşulub.
Qeyd edək ki, bu il ərzində Peres azı üç dəfə ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Belarusda anadan olmuş Şimon Peres iki dəfə İsrailə rəhbərlik edib.
Şimon Peres 1993-cü ildə Fələstinlə sülh sazişi imzaladığına görə Nobel mükafatına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı