İran neft hasilatını məhdudlaşdırmayacaq
İran neft hasilatını məhdudlaşdırmayacaq, əksinə, hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir.
APA TV -nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzairdə keçirilən beynəlxalq enerji forumunda İranın neft naziri Bijan Namdar Zanqane bildirib.
“Biz OPEK-in məşvərət görüşündə saziş imzalamağa can atmırıq. İran neft hasilatını məhdudlaşdırmayacaq və hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir”, - deyə nazir qeyd edib.
O qeyd edib ki, İran OPEK-də əvvəlki payını – üzv ölkələrin hasil etdiyi neftin ümumi həcminin 13 faizini qaytarmalıdır: “Bunun üçün İran sutkada 4,4 mln. barel neft hasil etməlidir”.
Bijan Namdar Zanqane neft hasilatının kvotalaşdırılmasında əvvəlki sistemin - hər ölkə üçün müəyyən limitin təyin edilməsi sisteminin bərpa olunmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, İran iyun-iyul aylarında sutkada 3,8 mln. barel neft hasil edib
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı