Xarkovda keyfiyyətsiz alkoqollu içkidən 23 nəfər ölüb

Ukraynanın Xarkov vilayətində  keyfiyyətsiz alkoqollu içki 23 nəfərin ölümünə səbəb olub.   

APA TV -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, keyfiyyətsiz alkoqollu içkidən zəhərlənmə halları sentyabrın 21-dən qeydə alınmağa başlayıb. İki gün sonra Xarkov vilayətində artıq 11 nəfərin öldüyü məlum olub.     

 

Alkoqollu içkidən zəhərlənmə halları vilayətin 6 rayonunda və Xarkov şəhərində qeydə alınıb.

 

Donetsk vilayətinin Liman şəhərində ötən gün 5 nəfər keyfiyyətsiz alkoqollu içkidən ölüb. Nikolayev şəhərinin Ternovka qəsəbəsində isə son bir həftə ərzində 7 nəfər ölüb.   

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR