Ağdamda 39 yaşlı kişini kənd məzarlığına aparıb bıçaqlayıblar

Ağdamda 39 yaşlı kişini döydükdən sonra bıçaqlayan şəxslərin kimliyi məlum olub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 2 gün  əvvəl rayonun Çıraxlı kəndində qeydə alınan hadisədə 1977-ci il təvəllüdlü İsmayılov Elnur Asif oğlu bədən nahiyələrinin kəsilmiş deşilmiş bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib.

 

APA TV-nin əldə etdiyi xəbərə görə, hadisə qısqanclıq zəminində baş verib. Elnur İsmayılovu kənd məzarlığına aparan 4 nəfər şəxs onu döydükdən sonra bıçaqlayıblar. Elnurun öldüyünü düşünən qrup hadisə yerini tərk edib. Hadisəni törədən 4 nəfərin kimliyi açıqlanmasada artıq onların ilkin ifadələrində törətdiyi əməli etiraf etdikləri bildirilir.

Faktla bağlı araşdırma davam edir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR