"Boynum əzildi" deyən Şəmkir sakini öldü - TƏFƏRRÜAT

Şəmkirdə ölüm faktı qeydə alınıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, rayonun Keçili kənd sakini, 53 yaşlı Qabil Qarayev boyun fəqərələrinin sınığı xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

O, yıxılaraq boyun nahiyəsini əzdiyini bildirib. Tibbi yardım göstərildikdən sonra Qabil Qarayev ambulator müalicə almaq üçün evə buraxılıb. Sonradan evdə halı pisləşən Q.Qarayev dünyasını dəyişib.

 

Araşdırma zamanı məlum olub ki, Qabil Qarayev kənddə keçirilən toy şənliyi zamanı davanın qarşısını almaq üçün həmyerlisi 23 yaşlı Seymur Əlövsətli tərəfindən itələnərək yerə yıxılıb və boyun fəqərələrindən xəsarət alıb.

 

Şəmkir rayon Prokurorluğundan bildirilib ki, tərəflər arasında heç bir narazılıq olmayıb. Sadəcə, toyda sərxoş vəziyyətdə dava-dalaşın qarşısı alınan zaman hadisə baş verib. Məlumata görə, dünyasını dəyişən Qabil Qarayevin oğlu Seymur Əlövsətli ilə yaxın dost olub.

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR