TürkPA müşahidə missiyası: Referendum beynəlxalq standartlara uyğun keçirilib
Bu gün sentyabrın 26-da Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsini (referendum) müşahidə edən Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Müşahidə Missiyası mətbuat konfransı keçirib.
APA TV-nin məlumatına görə, TürkPA-nın baş katibi Jandos Asanov deyib ki, TürkPA Azərbaycanda dördüncü dəfədir səsvermə prosesini izləyir.
Müşahidə Missiyasının üzvü Haluk İpək missiyanın hesabatını təqdim edib. O, referendumun yüksək səviyyədə təşkil olunduğunu, səsvermənin nəticələrinin xalqın iradəsini əks etdirdiyini bildirib: “Referendumun nəticələrinə təsir edəcək hər hansı pozuntu müşahidə olunmayıb. Bəzi texniki çatışmazlıqlar qeydə alınıb, bu da referendumun nəticələrinə təsir etməyib. Referendum beynəlxalq standartlara uyğun keçirilib”.
Qeyd edək ki, müşahidə missiyasının tərkibində Qazaxıstan, Türkmənistan, Türkiyə və Qırğızıstan millət vəkilləri daxildir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı