Azərbaycan prezidenti türkiyəli nazirləri qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-də Türkiyə Respublikasının müdafiə naziri Fikri İşıqın, mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib.
APA TV-nin xəbərinə görə, müdafiə naziri Fikri İşıq, mədəniyyət və turizm naziri Nabi Avcı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdılar.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında müdafiə, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətindən danışılıb.
Söhbət zamanı, ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Son vaxtlar turizm sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə turistlərin sayının artdığı qeyd edilib, Türkiyənin bu sahədə zəngin təcrübəyə malik olmasının əhəmiyyəti diqqətə çatdırılıb. Dünya Turizm Günündə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının ölkəmizə səfərinin önəmi vurğulanıb.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı