Azərbaycanda dini televiziyanın yaradılması təklifi - MTRŞ-DAN MÜNASİBƏT
Azərbaycanda dini televiziyanın yaradılması təklif olunur. APA TV-nin məlumatına görə, bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə irəli sürüb.
Şeyxülislam qeyd edib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: “Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər. Bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq”.
MTRŞ-dan "Lent.az"a bildirblər ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə dini televiziyanın açılması ilə bağlı təklif irəli sürüb. Lakin bu, hələ dini telekanalın açılacağı demək deyil. Yaxın gələcəkdə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio yayımı üçün müsabiqənin elan edilməsi gözlənilmir.
Xatırladaq ki, QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını də təklif etdiyini deyib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı